Sağlam bədəndə sağlam ruh olar

"Sağlam həyat tərzi" aylığı ilə bağlı olaraq məktəbin 6-cı "a" sinif şagirdləri sinif rəhbəri Nəzakət Həsənovanın başçılığı ilə "Sağlam bədəndə sağlam ruh olar" devizi altında məktəbin həyətyanı sahəsində işə başladılar. Onlara həvalə edilmiş sahədə torpağı bellədilər, ağacların dibini yumşaltdılar, təzə əkilmiş gül və gül kollarına, ağaclara su verdilər, sonra isə "Bənövşə bəndə düşər" oyununu oynadılar. Sınif rəhbəri Nəzakət Həsənova yaşıllığın təbiətdə və insanın həyatında rolundan danışaraq qeyd etdi ki, əkilmiş, böyüdülmüş yaşıllıq, palıd, küknar, şam ağacları, kollar havanı tozdan təmizləyir, mikrobları azaldır, ətraf mühiti sağlamlaşdırır. Təmiz ekoloji mühit insanın sağlamlığına müsbət təsir göstərir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi