"Sağlam həyat tərzi" aylığına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. 2016-2017- ci tədris ilinin may ayı "Sağlam həyat tərzi" mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Məktəbimizdə də "Sağlam həyat tərzi" mövzusuna həsr olunmuş aylığın keçirilməsinə start verilib. Mövzu ətrafında araşdırma, fəaliyyət, müxtəlif məzmunlu tədbirlərin, açıq dərslərin müsabiqə və sərgilərin, ekskursiyaların həyata keçirilməsi planlaşdırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi