Azərbaycan dili fənnindən "Açıq dərs"

2016-2017-ci tədris ili üçün Fəaliyyət Planının 1.2.3-cü bəndinə əsasən 03.05.2017-ci il tarixdə məktəbin rus bölməsinin 7-ci "q" sinfində Azərbaycan dili fənnindən Göyçək İsmayılovanın "Payızda təbiət" mövzusunda "Açıq dərs"i dinlənilib. Dərsin dinlənilməsində məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, qarşılıqlı dərs dinləmələrin və təcrübə mübadiləsinin təşkil edilməsidir. Dərs müasir təlim metod və texnologiyalarının tətbiqi əsasında quruldu. Videoçarx nümayiş etdirildi. Şagirdlər qruplara bölünərək tədqiqat sualına uyğun müxtəlif bacarıqlar tələb edən tapşırıqlar və çalışmalar üzərində işləyib təqdimatlar hazırladılar. Payızda təbiətdə baş verən dəyişikliklər, ana təbiətin qızılı rəngə boyanması, payızda yetişən meyvələrin faydalı və müalicəvi xüsusiyyətləri, payızda doğulan dahi şəxsiyyətlər, yazıçı və şairlərin təbiətə, payıza həsr etdikləri bədii nümunələr haqqında maraqlı araşdırmalar şagird təqdimatlarında əks olundu. Şagirdlər qızıl payız haqqında deyimlər söylədilər, mahnı oxudular. Fənn müəllimi qrup işlərinin meyarlar əsasında qiymətləndirilməsini apardı. Motivasiyanın qurulması, müstəqil qrup işləri, yaradılan işgüzar mühit, şagirdlərin fəallığı dərsin maraqlı keçməsinə, daha yaxşı mənimsənilməsinə şərait yaratdı. Fəal təlim metodu üzrə qurulan dərsdə şagirdlərin verdikləri cavablara və qrup işlərinə əsasən demək olar ki, müəllim məqsədinə nail ola bildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi