Gəlin birgə oxuyaq

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında yeniyetmə və gənclər arasında mütaliə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq məqsədi ilə "Oxu günü" tədbiri keçirilib. Tədbirdə məktəbimizin müəllimləri və şagirdləri də iştirak ediblər.“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın ümumi təhsil məktəb və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olub.Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş etdirilib.Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi uşaqlarda mütaliə mədəniyyətini formalaşdırır. Artıq paytaxtımızda III “Oxu günü” keçirilir və gələcəkdə bu tədbirlərin keçirilməsi ənənə halını alacaqdır.