Yer kürəsi gününə həsr olunmuş tədbir keçirilib

25.04.2017-ci il tarixdə ingilis dili fənn aylığı çərçivəsində 22 aprel ümumdünya Yer kürrəsi gününə həsr olunmuş "Yer kürrəsi bizim evimizdir" mövzusunda ingilis dilində tədbir keçirilib. Tədbir ingilis dili müəllimi Həsənova Nəzakətin rəhbərlik etdiyi 6"a" sinif şagirdlərinin iştirakı ilə hazırlanıb. "Ekoloji aylıq"la əlaqədar şagirdlər təbiətin, ətraf mühitin problemlərindən danışaraq insanları yer kürəsini qorumağa çağırıblar. Zəngin təbii sərvətlərə malik olan ölkəmizin coğrafi ərazisindən, bitki örtüyündən, heyvanlar aləmindən söhbət açaraq təcrübələr aparıblar, bitkilər əkiblər. İngilis dilində mahnılar oxuyaraq rəqs ediblər, maraqlı səhnəciklər göstəriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi