Riyaziyyat fənnindən açıq dərs dinlənilib

Məktəbin Fəaliyyət Planının 1.2.5-ci bəndinin icrası istiqamətində 25.04.2017-ci il tarixdə səriştəli və peşəkar müəllimlərin təcrübəsinin öyrənilməsi, tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsi məqsədi ilə 8"q" sinfində məktəbin riyaziyyat müəllimi Pəri Cəbrayılovanın "Üçbucağın oxşarlıq əlamətlərinin tətbiqi" mövzusunda açıq dərs dinlənilib.Dərsdə müasir təlim metod və texnologiyaları tətbiq olunub, biologiya, tarix, coğrafiya fənlərinə məharətlə inteqrasiya edilib.Dərsdinləmədə riyaziyyat müəllimləri ilə bərabər tarix, coğrafiya, biologiya, fizika müəllimləri də iştirak ediblər.