"Hilton" oteldə təqdimat mərasimi keçirilib

2017-ci ilin mart ayında Binəqədi rayonu ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin "Ailə dəyərlərinin inkişafına dəstək" proqramı daxilində "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin "Ailə akademiyası" layihəsi çərçivəsində "Ailə sevgi, sədaqət və həmrəylik məktəbidir" adlı şeir, hekayə müsabiqəsi keçirilib. Bu müsabiqədə məktəbimizin iki nəfər şagirdi iştirak edib. 21.04.2017-cü il tarixdə "Hilton" oteldə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilb. Məktəbimizin 10-cu "a" sinif şagirdi Bağırov Turan həmin mövzuda yazdığı şeiri ilə müsabiqədə fərqlənən onluğa düşüb, hədiyyələrlə və Fərqlənmə diplomu ilə təltif olunub.9 "a" sinif şagirdi Babayeva Gülnur iştirakına görə hədiyyələrlə və Təşəkkürrnamə ilə təltif olunub.Qalib şagirdlərin mükafatlandırılrma mərasimində çıxış edən millət vəkili Qənirə xanım Paşayeva müsabiqə təşkilatçılarına minnətdarlığını bildirib.