"Xocalıya ədalət" kampaniyası çərçivəsində maarifləndirici görüş

18.04.2017-ci il tarixdə məktəbimizdə IX-XI sinif şagirdləri ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası çərçivəsində mararifləndirici görüş keçrilib. Görüşdə Heydər Əliyev Fondunun əməkdaşi Kərim Kərimli Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə geniş və ətrafli məlumat verib. Şagirdlərə Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işgal olunmuş Daglıq Qarabag ərazisində, o cümlədən Xocalı şəhərində törədilən kütləvi qırgın, vəhşilik və soyqırımı barədə ətraflı məlumat verilib. 1988-ci ildə azərbaycanlıların yaşadıqları tarixən Azərbaycan torpaqları olan Ermənistanın ərazisindən qovuldugu və Dağlıq Qarabağ hadisələrində xalqımıza qarşı soyqırımı aktlarının davam etdirildiyi, ermənilərin Xocalıya qarşı hərbi təcavüzünin isə məqsədyönlü xarakter daşıdığı bildirilib. Görüşdə 2008- ci ildə Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər haqqında da məlumat verilib.Görüşdə şagirdlər tərəfindən verilən suallar cavablandırılıb.