Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik

Məktəbin Fəaliyyət planının 1.3.8 bəndinin icrası istiqamətində şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği, yarana biləcək təhlükəli və xoşagəlməz hallardan qorunmağın yollarını öyrətmək məqsədi ilə məktəbimizdə mütamadi olaraq maarifləndirici tədbirlər keçirilir, həyat bilgisi dərslərində şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumatlar verilir, uşaqların rəsmlərindən, əl işlərindən ibarət sərgilər təşkil olunur. 13.04.2017-ci il tarixdə 4-cü"d" sinfində “Yol hərəkəti qaydalarını öyrənirik” mövzusuna həsr olunmuş açıq dərs keçirilib. Şadirdlərə yol hərəkəti qaydaları haqqında geniş və ətraflı məlumat verilib, təhlükəsizliyi təmin etmək məqsədi ilə yolu keçərkən keçidlərdən istifadə etməyin vacibliyi haqqında müəllimin tövsiyələri dinlənilib. Şagirdlər yol hərəkəti qaydaları və yol nişanları, işıqfor haqqında bilgilərini nümayiş etdiriblər, mövzuya uyğun mahnı oxuyublar, atalar sözləri, tapmacalar söyləyiblər, kiçik səhnəciklər təqdim ediblər. Sonra şagirdlər mövzuya uyğun olaraq video-çarx izləyiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi