Təbiəti qoruyaq!

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Təbiəti qoruyaq" devizi altında 2"e" sinfində açıq dərs keçirilib. İlk öncə şagirdlər "Təbiəti zibildən təmizləyək" şüarı ilə müraciət hazırlayblar: "Əziz dostlar, gəlin əl-ələ verək və ətrafımızı zibildən təmizləyək. Qoy hər yer gül-çiçək olsun, tullantı yox. Biz bunu bacararıq! Yetər ki, daxilimizdəki bütün istedad və potensialımızı doğru dəyərləndirə bilək. Ana təbiətin zərər çəkməsi bilavasitə bizim səhhətimizə mənfi təsir edir. Sağlamlığımızı və gələcəyimizi qoruyaq. 2"e" sinfinin şagirdləri artıq bu yolda özlərini sınayır. Sağlam və təmiz gələcək naminə hər kəs irəli!" Sonra onlar adi məişət tullantılarından müxtəlif əşyalar - atılmış su qablarından raket, təyyarə modelləri, güldanlar, quşlar üçün dənlik, bir dəfə işlənən çəngəl və qaşıqlardan yelpik, xarab olmuş disklərdən divar saatı, salfet qabları, qoz qabıqlarından heyvan fiqurları, cürbəcür güllər düzəldiblər. Məktəbin foyesində uşaqların hazırladıqları əşyaların sərgisi təşkil olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi