“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığına start verilib

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində 2017-ci ilin aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Məktəbimizdə də “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi aylığının keçirilməsinə start verilib. Aylığın keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi haqqında biliklərini artırmaq, bu barədə onları daha geniş maarifləndirmək, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.