Milli Müdafiə universitetinin əməkdaşları ilə görüş

Məktəbimizdə Milli Müdafiə Universitetinin əməkdaşları ilə görüş təşkil olunmuşdur. Görüş zamanı şagirdlərə Vətənpərvərlik mövzusu, hərbi xidmətin əhəmiyyəti, eləcə də gənclərin gələcək peşə seçimində ordunun rolu haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə şagirdlər fəal iştirak etmiş, onları maraqlandıran sualları ünvanlamış və ətraflı cavablar almışlar.
Sonda məktəb rəhbərliyi görüşün təşkilinə görə Milli Müdafiə Universitetinin əməkdaşlarına təşəkkürünü bildirmiş, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.