2-5 aprel döyüşləri - qələbəyə aparan günlər

Məktəbimizdə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş "Ordun varsa, yurdun var" mövzusunda tədbir keçirilib. Tədbirdə aprel döyüşləri haqqında şadirdlərin məlumatları dinlənilib. Qeyd edilib ki, 2-5 aprel günləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini nümayiş etdirdi. Əsgərlərimizin döyüş ruhunu yüksəltdi, xalqımızın qələbəyə olan inamını artırdı. Azərbaycan tarixinə yeni qəhrəmanlıq səhifələri yazıldı. Sonra tədbirdə iştirak edən 3-cü "b" sinif şagirdlərinin ifasında döyüş, mübarizə ruhlu şeirlər dinlənilib, mahnilar oxunub. Tədbirin sonunda aprel hadisələrini əks etdirən video-çarx göstərilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi