"Milli mətbəximiz"

"Ekoloji aylıqlar"- “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" layihəsi çərçivəsində 05.04 2017-ci il tarixdə məktəbin 3"c" sinfində həyat bilgisi fənnindən proqram üzrə "Milli mətbəximiz" mövzusunda dərs keçirilib. Şagirdlər Azərbaycan xalqına məxsus milli yeməklər haqqında topladıqları maraqlı məlumatları bölüşüblər. Meyvə və tərəvəzlərin, ədviyyatların faydalı xüsusiyyətlərindən, Azərbaycan mətbəxində rolundan danışaraq növbənöv meyvə salatları və şərbətlər hazırlayıblar.