"Konstitusiya və Suverenlik ili: Suverenliyimiz müstəqilliyimizin zirvəsidir"

14 may 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş "Suverenliyimiz müstəqilliyimizin zirvəsidir" adlı tədbir keçirilib.

Tədbirdə torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən məktəbin direktoru M. İsmayılova tədbirin əhəmiyyəti haqqında danışdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının 1995-ci il tarixində qəbul olunmuş Konstitusiyası dövlətçiliyimizin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin qorunmasında mühüm rol oynayıb. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiyanın dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olduğu bildirilib. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığı vurğulanıb.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.

Tədbirdə şagirdlərin hazırladığı bədii kompozisiyalar, şeir nümunələri, təqdimatlar və musiqili çıxışlar maraqla qarşılandı.

Tədbirin keçirilməsində məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasnı təmin etməkdir.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi