Xalqa bəxş edilmiş ömür

Məktəbimizin müəllim və şagird kollektivinin iştirakı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Xalqa bəxş edilmiş ömür" adlı tədbir keçirilib.
Tədbirdə filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstititunun baş elmi işçisi Esmira Fuad iştirak edib.
Tədbirdə ilk olaraq Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan söhbət açılıb, onun fəaliyyəti illərində Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb. Sonra "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev", "Tarixi Qarabağ Zəfəri" adlı məruzələr dinlənilib.
Sonda dahi şəxsiyyətə həsr olunmuş "Xalqa bəxş edilmiş ömür" adlı sərgidə yer alan Elmira Axundovanın "Heydər Əliyev-Şəxsiyyət və Zaman", "Əbədiyaşar məhəbbət", Vilayət Quliyevin "Böyük insan haqqında xatirələr", "Əbədi ömrün yüz ili" adlı kitablar haqqında geniş məlumat verilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.