9 May Qələbə Günü
9 May faşizm üzərində qələbənin və qəhrəmanlıq tariximizin şərəfli günüdür. Bu qələbə uğrunda minlərlə insan canından keçmiş, igidlik və fədakarlıq göstərmişdir. Biz qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, onların şücaətini böyük minnətdarlıqla xatırlayırıq.