Keramika zavoduna ekskursiya

2017-ci il aprelin 1-də 5 ci "q" sinif şagirdlərinin valideynlərlə birlikdə Keramika zavoduna ekskursiyası təşkil olunub. Zavodla tanışlıqdan sonra şagirdlər keramik qabların hazırlanma üsulunu izləyiblər. Sonra isə uşaqlar özləri saxsı qablar və müxtəlif heykəllər düzəldiblər. Zavod işçilərinin köməyi ilə hazırladıqları əşyaları boyayıblar. Gördükləri işlərdən çox böyük zövq alan şagirdlər işçilərə minnətdarlıq edərək ekskursiyadan məmnun halda qayıdıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi