Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbiri keçirilib

Bu gün məktəbimizdə Fəaliyyət planına uyğun olaraq VI sinif şagirdləri arasında “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi formalaşdırmaq və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Təlimdə “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin əməkdaşı, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisi Bənövşə Tağıyeva reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verib, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən qorunmaq barədə maarifləndirici söhbət aparıb.
Təlim zamanı gənc nəslin sağlam böyüməsi, sağlamlığa ziyan verən vərdişlərdən uzaq olması, gələcəkdə sağlam ailə qurması istiqamətində məsləhət və tövsiyələr verilib. Mövzuya uyğun olan video-çarxlar nümayiş etdirilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda şagirdlərə gigiyenik bezlər hədiyyə edilib.