Peşəyönümü istiqamətində maarifləndirici təlim keçirilib

Məktəbimizdə şagirdlərin peşəyönümü istiqamətində maarifləndirici təlim təşkil olunub. Tədbirdə məktəbimizin 8 - 10-cu sinif şagirdləri iştirak ediblər.
Təlimdə gənclərin müxtəlif peşələri tanıması və özlərinə uyğun peşələr seçməsi, seçdiyi peşələrə yiyələnməsi və peşəkarcasına inkişaf etməsinə dəstək göstərilməsi istiqamətində söhbət aparılıb. Peşələr barədə video-çarx nümayiş etdirilib.
Təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin keçirilməsində məqsəd gənclərin düzgün peşə seçiminə kömək göstərilməsi, peşəyönümü işinin təkmilləşdirilməsi, peşəyönümü üzrə (peşələr haqqında) məlumatların verilməsi və bu məlumatların çatdırılma vasitələrinin inkişaf etdirilməsidir.