Alternativ enerji mənbələri

"Alternativ enerji" aylığı ilə əlaqədar məktəbin 8-ci, 9-cu sinif sagirdləri araşdırmalar apararaq təcrübələr həyata kecirib. Onlar adi məişət tullantılarından istifade edərək sübut ediblər ki, enerji mənbələrinin tədricən tükənməsi, bahalanması, onların istifadə zamanı ətraf mühitə küllü miqdarda ziyan vurması son zamanlarda alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Şagirdlər fizika və coğrafiya fənnləri üzrə apardıqları təcrübələrini bölüşüblər. 8-ci sinif şaqirdi Fərhadov Mikayıl təcrübə apararkən adi konserv bankasından, salfet kağızından və spirtdən istifadə edərək aldığı enerjini sənaye qazı kimi həyatda istifadə etməyin mümkün olduğunu göstərmişdir. Sərdarov Kamran öz təcrübəsində bir şamla suyun qaynamasına nail olmuşdur.Bununla həm ətraf muhitə ziyan vurulmasının qarşısını nisbətən almaq olar, həm də enerjiyə xeyli qənaət olunar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi