Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciələr

31.03.2017-ci il tarixdə məktəbimizdə 31 Mart Azərbaycanlıların Soyqırım gününün 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Erməni daşnaklarının 20-ci əsrin əvvəllərində millətimizə və xalqımıza qarşı törətdikləri amansız faciənin dəhşətlərindən danışılıb. Qeyd edilib ki, 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Salyan, Lənkəran, Quba və digər rayonlarımızda on minlərlə azərbaycanlı qətlə yetirilib, evləri talan edilərək yurd-yuvalarıından didərgin salınıb. 31 Mart Soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən qəddar faciələrdən biri olduğu Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Erməni vəhşiliklərindən danışan 4-cü"a" sinif şagirdlərinin ifasında erməni xislətini əks etdirən səhnəciklər göstərilib, şeirlər, bayatılar söylənilib, vətənpərvərlik mahnıları oxunub.1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli filmlər və video-çarx nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi