Erkən və qohumlararası nikahların fəsadları

Məktəbimizin 9 - 11-сi sinif şagirdləri ilə “Erkən və qohumlararası nikahların fəsadları” mövzusunda təlim keçirilib.
Təlimi məktəbin psixoloqu Məmmədova Ceyran aparıb. Təlimdə erkən və qohumlarası nigahların fəsadlarından danışılıb.
Erkən evliliyin yolverilməzliyi barədə şagirdlərə geniş və ətraflı məlumat verilib.
Təlimin keçirilməsində əsas məqsəd şagirdləri bu mövzuda maarifləndirmək, erkən nigahların qarşısının alınmasına dəstək olmaqdır.