Şagirdlərimiz Mərkəzi Nəbatat Bağında

04.04.2025-ci il tarixdə məktəbin müəllim və şagirdləri Mərkəzi Nəbatat Bağına eksursiyada olublar. Gəzintinin təşkil edilməsində məqsəd şagirdləri müxtəlif bitki növlərin birgə yaşayışı, mühitə uyğunlaşmaları ilə tanış etmək idi. Ağac və kol bitkiləri, nadir və nəsli kəsilməkdə olan bitkilər, heyvanlar, örtülü şəraitdə becərilən bitkilərlə tanış olublar. Nəbatət bağında şagirdlər müxtəlif ölkələrdən gətirilmiş bitki növləri ilə tanış oldular.
Yeni öyrəndikləri məlumatların müşahidə vərəqlərində qeydiyyatını apardılar. Təşkilatın əməkdaşları şagirdlərə doğma diyarın zəngin bitki aləmi, eləcə də nadir bitkilərin çoxaldılması istiqamətində görülən işlər haqqında ətraflı məlumatlar verdilər.
Şagirdlər ekskursiyadan yeni faydalı məlumatlarla və gözəl təəssüratlarla qayıtdlıar.