Novruz adətləri

Məktəbimizdə “ Novrur adətləri” əlaqədar olaraq tədbir keçirilmiçdir.

Tədbirdə  şagirdlərə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən “ Novruz bayramı” haqqında geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti və “Novruz” atributlarından bəhs edilib. Novruz bayramının Azərbaycanın bütün ərazisində yenidən qeyd olunmasının insanlara ayrıca bir sevinc bəxş etdiyi nəzərə çatdırılıb.

Tədbirlərdə şagirdlər “ Novruz bayramına”  aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi