“Olimpiya Hərəkatı-2017”

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdlərin sağlam, və aktiv həyat tərzinə cəlb edilməsi, fiziki tərbiyə fənninə marağın artırılması, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığın genişləndirilməsi, olimpiya idman komplekslərindən səmərəli istifadənin təmin edilməsidir. Rayondaxili yarışlar 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. 27.03.2017-ci il tarixdə idmanın badminton növü üzrə keçirilən yarışlarda məktəbimizin 8"d" sinif şagirdləri Mövsümov Emil, Salayeva Ləman fəal iştirak edərək birinci yeri tutublar. Kubok və 1-ci dərəcli Diplomlarla təltif ediliblər.