Sagirdlər Naxçıvandan xoş təəssüratlarla qayıdıblar

"Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan MR-na 4 günlük səfər edən Binəqədi məktəbliləri 19 mart 2017-ci il tarixdə xoş təəssüratla Bakıya qayıdıblar. Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli sürətdə qarşılanan məktəblilər Azərbaycan Dövlət Televiziyasına müsahibə vermiş və onları qarşılayan Binəqədi Rayon İcra başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və digər məsul əməkdaşlar ilə səfər barədə xoş təəssüratlarını bölüşüblər. Prezident İlham Əliyevin sərəncamına əsasən həyata keçirilən tur-aksiyanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayan sagirdlər bu qədim diyarın tarixi, mədəniyyəti, sosial- iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı üçün olkə prezidentinə təşəkkürlərini bildiriblər. Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını qürurla söyləyiblər. Səfər zamanı Binəqədi məktəbliləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, dörd gün ərzində Naxçıvan Dövlət Universitetində, Hüseyn Cavidin ev muzeyində, Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sağ sahilində eyni adlı dağın zirvəsində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri olan Əlincə qalasında, Ordubad, Kəngərli rayonlarında və digər tarixi yerlərdə olublar. Naxçıvan şəhəri haqqında şagidlərə geniş məlumat verilib.Səfərdən sevinclə qayıdan məktəbimizin 9"b" sinif şagirdi Cəlal Həsənli xoş təəssüratlarını şagird dostları ilə bölüşüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi