Ana dilimizin saflığını qoruyaq

Məktəbimizdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirlərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib.

Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb. Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin yaxşılaşdırılması istiqamətində göstərdiyi fəaliyyətlərdən danışılıb.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ana dilimizə hörmət və sevgi aşılamaq, dilimizin zənginliyini qorumaqdır.

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi