Valideyn iclasları keçirilib

13 fevral 2025-ci il tarixdə məktəbimizdə valideyn iclasları keçirilib. İclaslarda məktəb rəhbərliyi, məktəbin müəllimləri və psixoloqlar iştirak ediblər.

İclas zamanı şagird nailiyyətləri, şagird davranışları, şagirdlərin sağlamlığı, sağlam həyat tərzi, zərərli vərdişlərə aludə olmamaq, erkən və qohumlararası nigahın fəsadları barədə də valideynlərə məlumat verilib. Şagirdləri düzgün istiqamətləndirmək, sağlam həyat tərzini düzgün formalaşdırmaq tövsiyə olunub.

İclasların keçirilməsində məqsəd valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirmək, həmçinin  onları "Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirməkdən ibarət olub.

İclas zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi