Yurdumuza bahar gəlir

17.03.2017-ci il tarixdə məktəbimizdə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələri, Novruz atributları haqqında şagirdlərin maraqlı təqdimatları dinlənilib. Qeyd edilib ki,zəngin tarixi mədəniyyətə malik olan xalqımızın mənəvi dəyərləri arasında Novruz bayramı xüsusi yer tutur. Mənəvi təmizlik, gözəllik, bolluq, bərəkət, mərhəmət, birlik, humanist ideyalar rəmzi olan Novruz bayramının dünya azərbaycanlıları tərəfindən qeyd edilməsi milli birliyimizin ən gözəl nümunəsidir. Tədbirdə milli adət-ənənələrimizin böyüməkdə olan gənc nəsilə aşılanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər söyləyib, maraqlı səhnəciklər və rəqslər nümayiş etdiriblər, Kosanın, Keçəlin məzəli əhvalatlarını, Bahar qızın təbriklərini dinləyərək yumurta döyüşdürüblər, "ağırlığım odda yansın" deyə-deyə tonqal üstündən hoppanaraq yallı gediblər.