Dilimizi qoruyaq

Məktəbimizdə "Dilimizi qoruyaq" adlı tədbir keçirilib.
Tədbirdə iştirak edən şagirdlərin ifasında doğma dilimizə həsr olunan şeirlər səsləndirilib, mahnılar ifa olunub bədii kompozisiya nümayiş etdirilib. Şadird təqdimatları dinlənilib, video - çarxlar nümayiş etdirilib.
"Ana dilimizi qoruyaq" mövzusu altında edilən çıxışlarda qeyd olunub ki, Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi diqqət yetirir və bu istiqamətdə önəmli fəaliyyətlərin həyata keçirilməsini təmin edən qərarlar qəbul edir.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri milli ruhda tərbiyə etmək, milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumağı, onu sevməyi aşılamaq, gənc nəslə dərindən öyrətmək, yad təsirlərdən qoruyaraq inkişaf etdirməkdir.