Binəqədi rayonu Heydər Əliyev adına parkda Novruz şənliyi keçirilib

15.03.2017-ci il tarixdə Binəqədi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm Novruz şənliyi keçirilib. Orta ümumi təhsil məktəbləri Novruz bayramı münasibəti ilə "İslam Həmrəyliyi ili" çərçivəsində keçirilən "İslam ölkələrinin həmrəylik festivalında" islam ölkələrini təmsil edərək onların mədəniyyətini, adət-ənənələrini, milli mətbəxini, mahnı və rəqslərini nümayiş etdiriblər. Məktəbimiz də 3 №-li məktəblə birlikdə Mərakeş krallığını təmsil edərək Novruz şənliyndə fəal iştirak edib.