Çərşənbə iməclikləri -"Torpaq çərşənbəsi"

Novruz adət-ənənələrinin yaşadılması, təbliğ edilməsi, şagirdlərimizin milli ruhda boyüməsi, milli-mənəvi dəyərləimizə hörmət, məhəbbət hissinin aşılanması, təmiz, sağlam ekoloji mühitin yaradılması istiqamətində "Ekoloji aylıqlar", "Çərşənbə iməclikləri" layihələri çərçivəsində işlər davam etdirilir. Novruzun ilaxır çərşənbəsi olan "Torpaq"çərşənbəsi ilə bağlı 14.03.2017-ci il tarixdə iməclik keçirilib. Məktəbin həyətyanı sahəsində, sinif otaqlarında təmizlik işləri aparılıb. Ağacların dibləri bellənib, yumşaldllıb, gövdələri əhənglənib. Sonra isə şagirdlər,valideynlər, müəllimlər tonqal ətrafıda çərşənbə şənliyinə toplaşıblar.