"Əsgər məktubu" qəhrəmanlıq, rəşadət dərsi

14.03.2017-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Quliyevanın 9"b"sinfində Məmməd Arazın "Əsgər məktubu" şeirinin təhlili mövzusunda açıq dərsi olub. Dərs İKT-nin tətbiqi, yeni təlim metod və üsullarıdan istifadə edilərək keçirilib, Azərbaycan dili, tarix coğrafiya, musiqi, çağırışaqədərki hazırlıq dərslərinə inteqrasiya edilib. Müəllim əsərin aktuallığını, bu günümüzlə səsləşməsini, diskussiya və müzakirələrlə önə çıxarıb, qəhrəman əsgərlərimizin şücaətindən bəhs edən slaydlar, ordumuzun gücünü, qüdrətini əks etdirən video-çarxlar nümayiş etdirilib. Dərsdə Cümhuriyyət dövründə Azərbaycan hərbçiləri, Böyük Vətən müharibəsi illərində igidlik göstərən qəhrəman əsgərlərimiz də yad edilib. Əsərin təhlili üzərində iş qrupların əsgərlərə yazdıqları məktublarla yekunlaşıb. Dərsin sonunda şagirdlər əsgər andı içərək vətənə ləyaqətlə xidmət edəcəklərinə söz veriblər.