Qədim türk diyarı Naxçıvan

Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə dekabr ayının dördündə "Naxçıvan ayı” ilə əlaqədar sinif saatları, intellektual oyunlar keçirilib.
Azərbaycanın qədim diyarı Naxçıvanın mədəni irsi, görkəmli şəxsiyyətləri, mədəni abidələri haqqında şagirdlərə ətraflı məlumatlar verilib.
Şagird təqdimatları dinlənilib. İntellektual oyunda qalib olan komandalar mükafatlandırılıb.