Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbiri

Məktəbimizin VIII və IX siniflərində “Reproduktiv sağlamlıq”la bağlı maarifləndirmə təlimləri keçirilib.
Təlimi məktəbin psixoloqu Ceyran Məmmədova aparıb. IX sinif şagirdlərinə "Uşaqlara qarşı zorakılıq və onun profilaktikası ", VIII sinif şagirdlərinə "Mən və mənim əhatəm" mövzularında məlumatlar verilib.
Şagirdlərə sağlam həyat tərzi keçirmək, bir-birinə qarşı səmimi olmaq, zorakılıq etməmək tövsiyə olunub.