Sağlam həyat, sağlam nəsil, sağlam gələcək

10 mart 2017-ci il tarixində Binəqədi RPİ-nin təşkilatçılığı ilə məktəbimizin 8-9-10-11-ci sinif şagirdləri üçün "Narkomaniya ilə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə narkotik maddələrin insanların həyatında törətdiyi fəsadlardan danışılmış,bu barədə video-çarx nümayiş etdirilmişdir. Şagirdlərə insanın sağlamlığına ziyan verən zərərli vərdişlərdən uzaq olmaq, təsir altına düşməmək,sağlam həyat tərzi keçirmək, tövsiyə edilmişdir. Tədbirdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Səlim Səlimov, həmin bölmənin sahə inspektoru, əməliyyat müvəkkili, narkotiklə mübarizə şöbəsinin, azyaşlılar üzrə inspeksiyanın əməkdaşları iştirak etmişdir. Mövzu ətrafında geniş, ətraflı müzakirə və diskussiyalar ararılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi