"Alternativ enerji" aylığına start verilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. 2016-2017-ci tədris ilinin martl ayı "Alternativ enerji" aylığı elan edilib. "Alternativ enerji" aylığı layihəyəsinin keçirilməsinə məktəbimizdə də start verilmişdir. Layihə çərçivəsində müxtəlif formatlı tədbirlərin, müsabiqələrin, yarışların və açıq dərslərin keçirilməsi, ekskursiyaların təşkil olunması nəzərdə tutulmuşdur. Fizika və coğrafiya müəllimlərinin rəhbərliyi ilə müxtəlf mövzular üzrə tədqiqat və araşdırma işlərinə başlanılmışdır.