Simli musiqi alətləri

09.03.2017-ci il tarixdə fənn aylığı çərçivəsində musiqi dərslərinin tədrisi vəziyyəti yoxlanılıb. 9-cu "b"sinfində musiqi müəllimi Zinət Heydərovanın proqram üzrə "Simli musiqi alətləri" mövzusunda açıq dərsi dinlənilib Tədris prosesində müasir təlim, metod və texnologiyaları tətbiq olunub. Şagirdlər qruplara bölünərək milli-mənəvi dəyərlərimiz sırasında özünəməxsus yer tutan muğamlarımız, xalq çalğı alətlərimiz, aşıq musiqimiz haqqında araşdırmalar aparıblar. Klassik şairlərimizin əsərlərində tar, kaman, ud, qanun,saz haqqında yazılan şeir nümunələrini, deyimləri səsləndiriblər. Mədəni irsimiiz olan muğamların, aşıq musiqisinin xalq çalğı alətlərinin dünya mədəniyyətinə tanıdılması, Azərbaycan xalqına məxsusluğunun təsdiq edilməsi sahəsində Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın böyük zəhmətindən və səyindən danışıblar. Xalq mahnıları və bir-birindən gözəl musiqilər ifa edərək bilik və bacarıqlarını nümayiş etdiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi