Əziz qadınlar, bayramınız mübarək!

07.03.2017-ci il tarixdə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilib. Analara, qadınlara həsr olunmuş şeirlər söylənilib, rəqslər ifa olunub, mahnılar oxunub, dövlətimiz tərəfindən qadınlara, qadın əməyinə verilən yüksək qiymətdən danışılıb. Şagirdlərə analara hörmət, məhəbbət hisləri aşılanıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədirnisə Quliyevanın 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunduğu qeyd olunub.