"Çərşənbə iməclikləri" davam edir

07.03.2017-ci il tarixdə "Ekologiya və Sağlamlıq" istiqamətində "Çərşənbə iməclikləri" layihəsi çərçivəsində məktəbin həyətyanı sahəsində iməclik keçirilib, təmizlik işləri aparılıb. Sonra isə tonqal ətrafında çərşəvbə şənliyi təşkil olunub. Layihənin keçirilməsində məqsəd şagirdlərimizə ətraf mühitin qorunmasının vacibliyini aşılamaq, Azərbaycanın xalqının tarixi və milli bayramları, adət-ənənələri ilə bağlı məlumat vermək, milli dəyərlərimizi təbliğ etmək, ekoloji dünyagörüşə malik insanlar yetişdirməkdir.