Reproduktiv sağlamlığa dair seminar keçirilib

04.03.2017-ci il tarixdə məktəbimizin VI sinif şagirdlərinə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar keçirilib. Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin əməkdaşı,Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisi Bənövşə Tağıyeva reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar vermiş, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirici söhbətlər apararaq veriilən sualları cavablandırmışdır.