Təsviri incəsənət fənnindən açıq dərs

01.03.2017- ci il tarixdə 9"b" sinfində təsviri incəsənət fənnindən "Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun yaradıcılığında neft mövzusu"nda açıq dərs dinlənilib. Dərsdə yeni təlim metodlarından və texnologiyalardan istifadə edilib, sagirdlərin qrup daxilində işi, tədqiqatçılıq bacarığının aşkara çıxarılması,dərsin tədrisi vəziyyəti öyrənilib. Şagirdlər T.Salahovun yaradıcılığı haqqında araşdırmalar apararaq hazırladıqları slaydları təqdim ediblər, rəssamın yaradıcılığında cəsur insanlara - neftçilərə həsr olunmuş ən gözəl əsərlərindən biri olan olan "Neftçilər" əsəri haqqında müzakirələr aparıblar.