Təbiətdəki innovativ texnologiyalar

01.03.2017-ci il tarixdə “Təbiət Elmləri” İctimai Birliyi tərəfindən məktəbimizin X-XI sinif şagirdləri üçün təşkil edilən “Təbiət və texnologiya” mövzusunda təlim keçirilib. Təlimdə "Təbiət Elmləri” İctimai Birliyinin sədr müavini ekolloq Toğrul İbrahimovun "Təbiətdəki innovativ texnologiyalar" haqqında maraqlı məruzəsi dinlənilib, video-çarx göstərilib və 50-65 milyon illik fosil nümunələri nümayiş etdirilib. Dərsi diqqətlə izləyən və məmnun qalan şagirdlər təlimi təşkil edənlərə minnətdarlıqlarını bildiriblər.