1 Mart Mülki Müdafiə günüdür

01.03.2017-ci il tarixdə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş maarifləndirici istiqamətdə dərslər keçirilib. II, V, VI siniflərdə keçilən mülki müdafiə dərsləri dinlənilib. Dərsin əvvəlində məktəb üzrə Mülki Müdafiə Qərargahının rəisi Sənubər Əhmədova, məktəbin hərbi rəhbəri Dönməz Mirzəyev mülki müdafiənin əhəmiyyəti, vəzifəsi haqqında ətraflı məlumat veriblər. Sülh və müharibə şəraitində, eləcə də fövqəladə hallar baş verdikdə əhalinin və ərazinin təhlükəsizliyinin, sağlamlığının təmin olunması üçün görülən tədbirlər barəsində video-çarxlar göstərilib, əməli və nəzəri məlumatlar verilib. Şagirdlər fövqəladə vəziyyət şəraitində - zəlzələ, yanğın, uçqun, sürüşmə və s. kimi vəziyyətlərdə təxliyyə olunma, yaralılara ilk tibbi yardımın göstərilməsi haqqında biliklərini nümayiş etdiriblər.