24.02.2017-ci il tarixdə"Ekoloji aylıqlar" çərçivəsində növbəti tədbir Azərbaycan Milli Tarix Muzeyində keçirilib. Binəqədi rayonu 102 №-li tam orta məktəbin əməkdar müəllimi Sevinc Ağakərim qızı Məmmədovanın "Ekoloji aylıqlar" "Mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində Azərbaycan Milli Tarix Muzeyində 8 "q" sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan mədəniyyəti 13-14-15-16-cı əsrlərdə" mövzusunda açıq dərsi keçirilib. Maraq dairələrinə uyğun seçilən mövzular üzrə araşdırmalar aparan şagirdlərin maraqlı təqdimatları dinlənilib. Dərsdən sonra şagirdlər muzeyi gəzərək eksponatlarla tanış olublar.