Xocalı faciəsi-xalqımızın qan yaddaşı

24.02.2017-ci il tarixdə Fəaliyyət Planının 1.3.16 bəndinə əsasən məktəbimizdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Xocalı-xalqımızın qan yaddaşı" mövzusunda tədbir keçirilib Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Tədbirdə çıxış edən məktəbin direktoru M.H.İsmayılova, Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi E.Məmmədov, istedadlı akyor, rejissor İsmayıl Yaşaroğlu 25 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən danışaraq şagirdləri xalqımızın yaddaşında silinməz iz qoyan Xocalı faciəsini unutmamağa, düşmənə qarşı barışmaz olmağa, vətəni sevməyə, Vətən sevgisini hər şeydən üstün tutmağa çağırıb. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, faciəni əks etdirən səhnəciklər göstərilib, şeirlər söylənilib, mahılar oxunub.Tədbirin sonunda Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş rəsm, inşa yazı ,divar qəzetləri, bədii qiraət müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.