İslam dininin azərbaycan mədəniyyətinə təsiri

23.02.2017-ci il tarixdə "Ekoloji aylıqlar " çərçivəsində "İslam dininin azərbaycan mədəniyyətinə təsiri" mövzusunda məktəbin tarix müəllimi Valentina Surayevanın açıq dərsi keçirilib. Dərsdə ərəb xilafətinin süqutundan sonra baş verən siyasi və mədəni oyanış, 9-cu əsrin ortalarından başlayaraq Azərbaycanda mədəniyyətin, elmin, maarifin inkişafı haqqında maraqlı şagird təqdimatları dinlənilib. 5"q" sinfində isə M.Füzulinin "Meyvələrin söhbəti " əsəri səhnələşdirilib. Faydalı xüsusiyyətləri ilə öyünən, özlərini meyvələrin tacı adlandıran alma, armud, gilas, üzüm, ərik, heyva, nar personajları şagirdlərin təqdimatında maraqlı alınıb.