"Kiçik Akademiya"-nın işi: şagird araşdırmaları

23.02.2017-ci il tarixdə "Ekoloji aylıqlar " çərçivəsində "Kiçik Akademiya"- nın işi: şagird araşdırmalarının təqdimatı oldu. Təqdimat mərasimində AMEA-nın Etnoqrafiya və Axeologiya İnstitutunun Numizmatika şöbəsinin müdiri tarix elmləri üzrə fəlsəfə doktoru Akif Quliyev də iştirak edirdi. 11-ci "q" sinif şagirdi Aydan Məmmədovanın təqdimatında "Neft və mədəniyyət" mövzusunda araşdırmaları dinlənildi. Azərbaycan neftinin dünya mədəniyyətinə təkanından, Nobel mükafatının yaranmasında rolundan, neftin ətraf mühitə təsirindən,"Qara şəhər"in yerində "Ağ şəhər"in salınmasından danışıldı.9-cu"d" sinif şagirdləri Aygül Quluzadənin "Alman mühacirlərinin XIX - XX əsrin əvvəllərində Azərbaycanda yaşayışı", Aysel Rufiyevanın "Qız qalasının sirləri" mövzusunda araşdırmaları da maraqlı idi.