"Xocalısız 25 il " rəsm müsabiqəsinin məktəb mərhələsi keçirilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, şagirdlərə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq,istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə 16.02.2017-ci il tarixdə məktəbimizdə şagirdlər arasında 3 yaş qrupu üzrə “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsinin I (məktəb) mərhələsi keçirilb. 1-ci yeri tutan şagirdlərin rəsm işləri şəhər müsabiqəsinə göndərilib.Məktəbin foyesində 2-3-cü yerlərin qalibləri və fərqlənən şagirdlərin rəsm işlərindən ibarət sərgi təşkil olunub.Şagirdlərə diplomlar verilib.